Menu

Putin İslam Kərimovun borcunu sildi

10.12.2014, 16:52
Putin İslam Kərimovun borcunu sildi

Rusiya Özbəkistanın ona olan 865 milyon dollar borcunu silib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Rusiya prezidenti Vladimir Putinin Özbəkistana səfəri çərçivəsində iki dövlət arasında bir çox sənədlər imzalanıb.

İqtisadiyyatla bağlı olan sənədə Rusiyanın maliyyə naziri Anton Siluanov və Özbəkistanın maliyyə naziri Rüstəm Əzimov qol çəkib.

Bundan öncə isə Vladimir Putinlə İslam Kərimov təkbətək görüşü olub.

Qeyd edək ki, Putin bir günlyüə Özbəkistana rəsmi səfər edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol