Menu

Orban Leyenlə “atışdı” – “Siyasətinizi dəyişin”

09.10.2024, 16:40
Orban Leyenlə “atışdı” – “Siyasətinizi dəyişin”

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Macarıstanın Baş naziri Viktor Orban ilə debatda onun Ukrayna münaqişəsi ilə bağlı fikirlərini sərt şəkildə tənqid edib.

“AzPolitika” xəbər verir ki, o, Kiyevə nəyin bahasına olursa-olsun bütün sahələrdə dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edib. Avropa Parlamentində çıxış edən Macarıstanın Baş naziri Budapeştin Aİ Şurasına sədrliyi dövründə İttifaqın sülh səylərinin tənqid edərək birlik daxilindəki çoxsaylı fikir ayrılıqlarından danışıb. Orbanın daha sonra çıxışını kəsərək Avropa İttifaqının proqramları haqda heç nə deməyib.

Bundan sonra söz alan fon der Leyen Ukraynanı dəstəkləmək zərurətindən danışmağa başlayaraq, Macarıstanın sədrliyi haqqında ayrıca danışmaq istədiyini vurğulayıb.

“Ukrayna və Avropa üçün ədalətli sülhə nail olmağın yeganə yolu var. Biz Ukrayna müqavimətini gücləndirməyə davam etməliyik, ona siyasi, maliyyə və hərbi dəstək verməliyik”, - fon der Leyen bildirib.

Onun fikrincə, avropalılar Ukraynanın Moskva ilə münaqişədə təslim olmasını istəmirlər.

Öz növbəsində Orban Leyenin çıxışına cavab olaraq, Avropa Birliyinin Kiyevə dəstək planının dalana dirəndiyini bildirib və onu reallığı qəbul etməyə və ittifaqın siyasi kursu dəyişməyə çağırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol