Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də Rusiya sərhədçilərinin 1 yanvar 2025-ci il tarixdən Ermənistan - İran sərhədinin buraxılış-yoxlama məntəqəsindən çıxarılmasına dair razılığa gəlindiyini elan ediblər.
“AzPolitika” xəbər verir ki, bu razılaşmaya əsasən Ermənistan sərhədçiləri sərhəd-buraxılış məntəqəsində bütün fəaliyyəti öz üzərlərinə götürəcəklər. Bundan başqa Ermənistan - Türkiyə sərhədinin mühafizəsində bundan sonra Rusiya hərbçiləri ilə yanaşı Ermənistan hərbçiləri də iştirak edəcəklər.
Ermənistanın Türkiyə və İranla sərhədlərini onilliklərdir ki, Rusiya hərbçiləri mühafizə ediblər.
Erməni mediası iddia edir ki, Moskva ilə əldə olunmuş bu razılaşma artıq may ayından bəri tətbiq olunur. Həmin vaxt Rusiya və Ermənistan liderləri qərara gəlmişdilər ki, Rusiya qüvvələri Ermənistanın müəyyən bölgələrindən tədricən çıxarılacaq, amma Türkiyə və İran sərhədi boyunca mövqelərində qalacaq.
Bu proseslər Azərbaycan 2023-cü ildə Qarabağ üzərində suverenliyini bərpa etdikdən sonra xüsusilə sürətlənib.
“AzPolitika.info”

Şərhlər
Sovet dövrü kimi bir sıra suveren dövlətlər artıq milyon dəfə çox siyasi xəbərlər yayımlasalar da heç 10%i tam və nəinki, iqtisadi, heç siyasi mülahizəyə də yaramır? Ermənistan sərhədlərini Kreml müdafiə etdirir, bəs xərclərini hansı ödəyir? Qarabağdakı Sülhməramlı xidmətini hansı ölkə ödəyirdi və eləcə də Azərbaycanlı sülhməramlıların Əfqanıstandakı Xidmət xərcləri necə ödənilirmiş?