Menu

Polis rəsinin müavini qəzada həlak oldu - FOTO (Yenilənib)

10.10.2024, 20:46
Polis rəsinin müavini qəzada həlak oldu - FOTO (Yenilənib)

Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.

***

Mətbuatda yayılan məlumata görə, Cavid İsmayılzadə Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini idi.

Onun atası polkovnik Namiq İsmayılov isə əvvəllər Binəqədi və daha sonra Abşeron Rayon Polis İdarəsinin rəisi olub.

Vəfat edən Cavid İsmayılzadənin atası polkovnik Namiq İsmayılov Binəqədi rayonunun sabiq polis rəisi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol