Menu

Xədicə İsmayıla azadlıq tələbilə Gürcüstanda aksiya keçirilib - Foto

10.12.2014, 16:56
Xədicə İsmayıla azadlıq tələbilə Gürcüstanda aksiya keçirilib - Foto

«Azərbaycan hökuməti, vətəndaşlarının hüquqlarına hörmət et!», «Azadlıq qazdan daha önəmlidir!», «Xədicə İsmayıla azadlıq!» kimi şüarla dekabrın 10-da Gürcüstanda iki etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları Azərbaycanda araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsinə etiraz ediblər.

Aksiyalardan biri – Tbilisidə Azərbaycan səfirliyinin, digəri Batumidə Azərbaycan nümayəndəliyinin önündə keçirilib. Aksiya iştirakçısı əllərində gürcü və ingilis dillərində yazılmış plakatlar, Xədicə İsmayılın fotolarını tutublar.

Jurnalist Xədicə İsmayıl dekabrın 5-də 2 ay müddətinə həbs olunub. O, özünü öldürmə həddinə çatdırmada ittiham olunur. Yerli və beynəlxalq təşkilatlar jurnalistin fəaliyyətinə, özəlliklə prezident ailəsinin gizli biznesini üzə çıxaran araşdırmalarına görə həbs edildiyini bildirirlər.

[gallery ids="77099,77100,77101"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol