Heç şübhəsiz ki, Ukrayna xalqının mübariz ruhu, dirənişi və müharibənin ən ağır dönəmində dövlətçiliklərini qorumağı təqdirə layiqdir. Çünki müharibənin əvvəli ölüm-qalım mərhələsi idi. 958 gündür hadisələrin episentrində olan insan kimi rahatlıqla deyə bilərəm ki, Ukrayna xalqının qəhrəmanlıq salnaməsi həqiqətən də gələcək nəsillər üçün yaxşı bir nümunədir. Belə ki, qüvvələr nisbətində dəfələrlə fərqə baxmayaraq (bütün mənalarda) məğrur Ukrayna xalqı mübarizənin önündədir. Qarşılarında heç bir hüquq və mənəviyyat tanımayan rus imperializmidir. Bunlar öz yerində. Məncə, rusiyanı tanıtmağa ehtiyac yoxdur. İndi keçək əsas məsələyə.
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi mənə görə, iki mərhələdən ibarətdir.
1. 24 fevral 2022-ci ildən həmin ilin aprelin əvvəlinə kimi olan mərhələ.
Bu mərhələdə Ukrayna xalqı müharibənin ən ağır dönəmində mübarizə apararaq, işğalçı qüvvələri Kiyev daxil, böyük vilayətlərdən qovdu.
Hansı ki, məlumatlı bir insan kimi deyə bilərəm ki, həmin dövrdə Ukraynanın silah-sursat ehtiyatı yetərincə deyildi.
Demək olar ki yox idi. Amma milli ruh və cəsarət hesabına (USQ-nin elit dəstələri) böyük fədakarlıq hesabına bunu etdi. Və "raşist"lər gördülər ki, qarşılarına qoyduqları ilkin məqsədə nail olmadılar. Hədəf qısa müddətdə Kiyevi işğal edərək, Bliçkriqi reallaşdırmaq idi. Hətta 2022-ci il martın 2-nə Kiyevdə parad da təyin olunmuşdu. Arzuları reallaşmadı.
Yəni Ukrayna xalqının dirənişi bunu reallaşdırmadı, xalq üzərinə düşəni etdi. Bu xüsusda sadə, kasıb və hər şeyini Ukrayna yolunda fəda edənlərin çox hissəsi həlak olublar.
Məhz, hər bir xalqın içində belə həlledici məqamda meydanda olanlar olur.
2. Bu mərhələdə isə başda, ABŞ olmaqla, böyük dövlətlər gördülər ki, bu xalq vuruşmağı bacarır, ilkin olaraq tank əleyhinə Jevelinlər və mərmilər verməyə başladılar. Əslində, qısa müddətdə Ukrayna təslim olsaydı, heç bir şey verməyəcəkdilər. Və reallıqla barışacaqdılar. Qərb verdiyi hər dolların dəyərini bilir. Məhz, 25.04.2022-ci ildə ABŞ-nin Ukrayna əsilli dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Oustin bu məqsədlə Kiyevə gəldilər. Səfər ən təhlükəli dövrdə reallaşırdı. Çünki Ukrayna dəstək hava-su kimi lazım idi. Avropa narahat idi ki, Ukrayna məğlub olardısa, hədəf özləri olacaqdılar. Ona görə də əl-ayağa düşdülər. Yəni-bu mərhələdə faktiki olaraq Qərb-rusiya müharibəsi başladı. Ukraynaya silahların mərhələ ilə verilməsi, prosesi uzatmaq, rusiyanı taqətdən salmağa və tədricən zəiflətməyə hesablanmışdı.
Onların (qərbin) nə vecinə ki, Ukraynada hər gün minlərlə insan həlak olur, şəhərlər dağılır və sairə.
Dostlar, yadınızdadırsa, demək olar ki, hər yazımda qeyd edirdim ki, qərb süddən çıxan ağ qaşıq deyil. Düzdür, Ukraynaya, müstəqil və suveren dövlətə qərb yox, rusiya hücum edib.
Amma hal-hazırda yaranmış vəziyyətə görə onlar da məsuldular. Sual oluna bilər ki, rusiyadan ehtiyat edirlər, eskalasiyanın artmağında maraqlı deyillər və sairə. Haqlı suallardır, düzmü?!
Cavab: Avropanın mərkəzində insanlıq əleyhinə qətliamlar baş verir, suveren bir ölkənin şəhərləri yer üzündən silinir, amma siz planla iş görürsünüz.
Yəni-müharibəni uzatmaq və rusiyanı taqətdən salmaq. Elə ona görə də Ukraynanı qalib gəlməyə, rusiyanı da məğlub olmağa qoymurlar.
Müharibədən qalib çıxan, güclü və ərazisi böyük Ukrayna Avropaya başağrıdır. Rusiyanı da məğlub olmağa qoymurlar ki, gələcəkdə Çinə qarşı müharibədə izolyasiya edələr. Bu xüsusda nüvə faktoru və daxildə olan muxtar qurumları da nəzərə alırlar.
Dağıtmalı olsalardı, Yeltsin dövründə (ən zəif dövr) dağıdardılar.
Deməli, hədəf Rusiya deyil, günü-gündən güclənən və gələcək dünya üçün təhdid olan Çindir.
Qabil Osmanlı
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi


Şərhlər
Sonuncu cümlə möhürdür. Və Çin ağlının böyüklüyünə baxın ki, ABŞ və Britaniyanın müharibədə tərəf olması dilə gətirilsə də Çinin tərəf olması heç kimin dilinə gətirilmir. Üzdə Rusiya Ukrayna ilə döyüşür, pərdənin arxasındakı əllər isə ABŞ/BB yə qarşı Çinə məxsusdur.
Məlikmməməd nağılı,hələ yelsinin dövründə rusyanın kölgə hakimiyəti qərbin əsasəndə anqlo-saksların məqsədlərini çox gözəl bilirdilər,bunada gizlində ciddi hazııq işləri aparmışdılar həm iqtisadi,siyasi və hərbi cəhətdən,birdə dünyanın aparıcı dövlətlər anlamırlarki rusyadan sonra nöbbə onlarındır? Bax bu səbəbdən qərb arxaya verir.