Menu

“Qanuna hörmət etməsən, müharibəyə gedəcəksən...” - Kadırov qayda pozanları müharibəyə göndərəcək

10.10.2024, 12:06
“Qanuna hörmət etməsən, müharibəyə gedəcəksən...” - Kadırov qayda pozanları müharibəyə göndərəcək

Çeçenistanda qanun pozuntusuna yol verənlər üçün yeni “cəza üsulu” icad edilib. Onları inzibati məsuliyyətə cəlb etmək əvəzinə müharibəyə göndərmək istəyirlər. 

“AzPolitika” xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov bundan sonra hətta yol hərəkəti qaydalarını pozanların belə Ukraynada davam edən müharibəyə göndərilə biləcəyini deyib: “Əgər qanuna hörmət etmirsənsə, ya ən maksimum müddətə həbsə gedirsən, ya da müqavilə bağlayıb “xüsusi hərbi əməliyyat” zonasına göndəriləcəksən. İnzibati məsuliyyətə cəlb etməkdənsə, qanun pozucularının Rusiya qoşunlarının sıralarında xidmətə göndərilməsi daha məqsədəuyğun olar. Nəzərə alsaq ki, 2500 nəfərlik yeni alay formalaşdırırıq, hər kəs üçün burada yer tapılacaq”.

Onun sözlərinə görə, bütün bunlar tüfeyli həyat tərzi keçirən, avtomobilini istənilən yerdə saxlayan, müxtəlif vasitələrin təsiri altında avtomobil idarə edən, yol hərəkəti qaydalarını pozan, münaqişələr yaradan gənclərə şamil ediləcək.

Göründüyü kimi, Rusiya öz ordu sıralarına adam cəlb etmək üçün hər gün yeni “vasitələrə” əl atır. Kadırov isə çeçenlərin Ukrayna müharibəsinə - qırğına göndərilməsindən ötrü əlindən gələni edir...

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol