Menu

Putin ABŞ-dəki səfiri vəzifəsindən azad etdi – "Yeni səfir vaxtında təyin olunacaq...” (Yenilənib)

10.10.2024, 14:52
Putin ABŞ-dəki səfiri vəzifəsindən azad etdi – "Yeni səfir vaxtında təyin olunacaq...” (Yenilənib)

Rusiya Prezidenti Vladimir Putinin bugünkü fərmanına əsasən, Anatoli Antonov Rusiyanın ABŞ-dəki səfiri vəzifəsindən azad edilib.

Bir neçə gün əvvəl Rusiyanın TASS dövlət agentliyi Antonovun Vaşinqtondakı diplomatik missiyasını başa vuraraq Moskvaya qayıtdığını bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl mətbuata açıqlamasında yeni səfirin namizədliyinin ABŞ-də keçirilən prezident seçkilərinin nəticələrindən asılı olmadığını bildirərək, yeni səfirin vaxtında təyin olunacağını qeyd edib. Yeni səfirin kim olacağı hələlik açıqlanmayıb.

Antonov Moskva ilə Vaşinqton arasında münasibətlərin ən çətin dövründə yeddi il Rusiyanın ABŞ-dəki səfirliyinə rəhbərlik edib.

2011-2016-cı illərdə Antonov Rusiya Müdafiə nazirinin müavini olub, 2016-cı ilin dekabrında Rusiya Xarici İşlər Nazirinin müavini təyin edilib.

“AzPolitika.info”

***

Rusiya Prezidenti Vladimir Putin ABŞ-dakı səfiri vəzifəsindən azad edib.

O, bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Anatoli Antonov Rusiyanın ABŞ-dakı səfiri vəzifəsindən azad edilib.

Şərhlər

ƏDALƏT 2024-10-10 13:29:32

Bizim səfirdə çox passivdir. Amerika ilə əlaqələr kritik həddədir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol