Menu

"Axşamlar özümə deyirəm ki, bu platformanı istifadə etmə, yat" - "Youtube"nin təsisçisi

10.10.2024, 14:10
"Axşamlar özümə deyirəm ki, bu platformanı istifadə etmə, yat" - "Youtube"nin təsisçisi

"Bəzən axşamlar saat 10-da öz-özümə deyirəm ki, istifadə etmə bu "App"dən (Youtube), get yat".

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "İNMerge" İnnovasiya Sammitində "Youtube" platformasının təsisçisi Steve Chen deyib.

""Youtube" platformasını yaradanda nə vaxtsa belə düşünəcəyim ağlıma gəlməzdi. İlk vaxtlar biz bunu tanışlıq platforması olaraq yaratmağı düşünürdük", - deyə o, əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol