Böyük Britaniyanın sabiq baş naziri Boris Conson ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp barədə yenə müsbət fikirlər səsləndirib. Conson hesab edir ki, Trampın Ukrayna müharibəsilə bağlı mövqeyi çoxlarının gözlədiyinin əksinə ola bilər.
“AzPolitika” xəbər verir ki, “Times”-a açıqlama verən sabiq baş nazir bir daha təkrar edib ki, Tramp prezident olsaydı, Rusiyanın Ukraynaya müdaxiləsinin qarşısını ala bilərdi: “Hesab edirəm ki, Donald Trampın 2022-ci ildə prezident olsaydı, Rusiyanın Ukraynaya müdaxiləsinin olmayacağını deməsi etibar ediləcək bəyanatdır. Mən bunu həqiqətən inandırıcı hesab edirəm”.
Conson həmçinin qeyd edib ki, Tramp Rusiya ilə bağlı hamını “çox təəccübləndirə bilər”: “Düşünürəm ki, (Tramp haqqında) bəzi bədbinliklər şişirdilib... Mən xarici işlər naziri olanda o, 60 rus casusunu qovmuşdu. Ona görə də o, çox təəccübləndirə bilər”.
Conson daha əvvəl bəyan etmişdi ki, Donald Tramp ABŞ prezidenti olsaydı, onun “gözlənilməzliyi” Putini suveren ölkə ilə müharibə riskinə getməməyə inandırmaq üçün kifayət edərdi.
“AzPolitika.info”


Şərhlər
Anqlo-saksların Jirinovski.