Menu

İsrail Livanda BMT-nin qərargahına zərbə endirib - İki sülhməramlı yaralanıb

10.10.2024, 17:55
İsrail Livanda BMT-nin qərargahına zərbə endirib - İki sülhməramlı yaralanıb

İsrail Müdafiə Ordusu BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) qərargahına və digər obyektlərə zərbə endirərək iki sülhməramlının yaralanmasına səbəb olub.

"Report" xəbər verir ki, bu barədə UNIFIL-in məlumatında qeyd edilib.

Məlumata görə, İsrail ordusu Naqura şəhərindəki UNIFIL-in müşahidə qülləsinə zərbələr endirib. Bildirilib ki, yaralanan sülhməramlılar xəstəxanadadır, həyatları üçün təhlükə yoxdur.

UNIFIL-dən qeyd edilib ki, İsrail Müdafiə Ordusu dəfələrlə qərargah və ətrafdakı obyektlərə zərbələr endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol