“Ukraynada müharibə həqiqətən də 2025-ci ildə bitə bilər. Lakin bunun üçün güclü qərarlar tələb olunacaq”
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko “Oboz” nəşrinə müsahibəsində bildirib.
O, qeyd edib ki, oktyabr-dekabr aylarında hava Ukrayna ordusunun xeyrinə dəyişə bilər. Ekspert bu dönəmdə hücuma keçməyin müdafiədən qat-qat çətin olduğunu deyib.
Romanenko əlavə edib ki, ABŞ-nin bu dönəmdə Ukraynaya silah, texnika və sursat yardımı göstərmək imkanı var:“Əgər indi Ukrayna ordusunun ehtiyaclarını yaxşı və sürətli şəkildə təmin etsək, digər tərəfdən, təmas xəttində döyüşən briqadaları, eləcə də qoşunları artırmaq üçün səfərbərliyi gücləndirib, ehtiyat briqadalar yaratsaq, bu il düşmənin irəliləməsinin qarşısını ala bilərik. Bu, danışıqlar prosesində mühüm rol oynaya bilər”.
Ekspert həmçinin qeyd edib ki, Kursk əməliyyatının müharibənin sona çatmasına təsir göstərmək ehtimalı azdır.
“AzPolitika.info”


Şərhlər