Böyük Britaniya hökuməti 37 şirkətin Rusiya beftinə qarşı tətbiq olunmuş neft sanksiyalarından yayınmasında içtirak etməsindən şübhələnir.
“AzPolitika” “BBC Rus Xidməti”-nə istinadla xəbər verir ki, onlar barəsində qarşı araşdırma aparılır.
2022-ci ilin dekabrında Rusiya neftinin dəniz limanları vasitəsi ilə Avropa İttifaqı ölkələrinə tədarükünə embarqo qoyulub. Eyni zamanda Rusiyadan neftin bir barelinin 60 dollardan yuxarı qiymətə alınmamsı qadağası qüvvəyə minib. Bu qərarın məqsədi Rusiyanın gəlirlərini azaltmaqdır ki, bu da Kremlə Ukraynada müharibəni davam etdirməsinə mane olur. Digər məqsəd dünya bazarlarında neftin qiymətinisabit saxlamaqdır ki, bu da Rusiya istehsalının birjalara çıxmasını zəruri edir.
Britaniya Xəzinədarlığının Maliyyə Sanksiyalarına Nəzarət İdarəsi (OFSI) 2022-ci ilin dekabrında Rusiya neftinin dəniz yolu ilə idxalına qoyulan qadağanı pozmaqda şübhəli bilinən 52 şirkətlə bağlı araşdırmaya başlayıb.
2024-cü ilin mart ayında OFSI büdcədən sanksiyalar rejimini dəstəkləmək üçün əlavə 50 milyon funt-sterlinq alıb.
Avqust ayına qədər 15 iş üzrə istintaq tamamlanıb, qalan 37 iş üzrə isə iş davam etdirilir. Şirkətlərin adları açıqlanmır.
“Global Witness” ictimai antikorrupsiya təşkilatının neft araşdırmalarının rəhbəri Louis Wilson, Britaniya Xəzinədarlığının sanksiyalardan yayınmada iştirak etdiyinə görə hələ heç kimi cəzalandırmamasından təəssüflənib və daha qətiyyətli addımlar atmağa çağırıb.
ABŞ Rusiyanın xam neftini 17% endirimlə satmağa məcbur olduğu üçün sanksiyaların işə yaradığını bildirir. Məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, Rusiya qiymət tavanından yuxarı neft satışından ildə 7-11 milyard dollar gəlir əldə edir. Bu barədə “The Insider” məlumat yayıb.
“AzPolitika.info”


Şərhlər