Menu

“Bu, dönüşü olmayan bir prosesdir”- Putin

11.10.2024, 14:21
“Bu, dönüşü olmayan bir prosesdir”- Putin

“Bu, təbii və dönüşü olmayan bir prosesdir”.

“AzPolitika” xəbər verir ki, bunu Türkmənistanda rəsmi səfərdə olan Rusiya Prezidenti Vladimir Putin deyib.

“Dünya sivilizasiyaların bölünməsi, etnik və dini qruplar arasında qarşıdurmalar nəticəsində yaranan görünməmiş təhlükələrlə üz-üzədir. Beynəlxalq münasibətlər qlobal əsaslı dəyişikliklər dövrünə qədəm qoyub. Bu dövrdə planetin müxtəlifliyini əks etdirən yeni dünya nizamı formalaşır. Digər tərəfdən, şərqdə və cənubda yeni güclü iqtisadi, maliyyə və siyasi mərkəzlərin yaranır. Bu mərkəzlər suverenliyi, sosial-mədəni kimliyi qorumağa və gücləndirməyə, ənənələrə uyğun inkişaf yolları tapmağa çalışırlar”, - Putin bildirib.

Putin həmçinin aktivlərin ədalətli bölüşdürülməsi, beynəlxalq həyatın konstruktiv demokratikləşməsi və çoxqütblü dünya nizamında qarşılıqlı fəaliyyətin tərəfdarı olduqlarını deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol