Menu

Ermənistanın korpus komandiri hədə dilində danışdı

20.11.2013, 19:26
Ermənistanın korpus komandiri hədə dilində danışdı

“Məni de-yure, me-yure maraqlandırmır, de-fakto maraqlandırır. Düşməni məhv etmək, əzmək lazımdır ki, sakitləşsinlər”

Erməni mətbuatı xəbər verir ki, bu açıqlamanı Ermənistan silahlı qüvvələrinin 4-cü ordu korpusunun komandiri Andranik Markaryan bildirib.

Naxçıvanla sərhədə nəzarət edən korpusun komandiri coğrafi baxımdan təmas xəttində hər iki tərəfin üstünlükləri olduğunu bildirib.

“Cəbhənin müxtəlif istiqamətlərində vəziyyət müxtəlifdir. Elə ərazilər var ki, əsas yüksəkliklər bizdə, eləsi də var ki, azərbaycanılardadır”.

Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov erməni hərbiçinin bəyənatına sərt cavab verib. “Havalar soyuduqca erməni hərbçiləri də bədənlərini qızışdırmaq üçün müxtəlif vasitələrə əl atmaq istəyir. Hesab edirəm ki, bu erməni generalı yanındakı erməni konyakından içib belə danışır. Gec-tez Qarabağ uğrunda müharibə başlayacaq və erməni general fikirləşsin ki, öz şəxsi heyətinin həyatını necə qoruyacaq. Çünki bu dəfəki müharibə çox fərqli olacaq və qələbəmizlə başa çatacaq”. /Modern.az/

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol