Hüquqçu Elçin Namazov dekabrın 10-da Bakı polisinin Binəqədidəki inzibati həbs məntəqəsindən azadlığa çıxıb. “Media forum”a bu haqda hüquqçunun qohumu məlumat verib.
Noyabrın 25-də Xətai Rayon Məhkəməsi Elçin Namazova 15 sutka inzibati həbs cəzası kəsmişdi. O, polisin qanuni tələbinə əməl etməməkdə təqsirli bilinmişdi.
Məlumata görə, hüquqçu Daxili İşlər Nazirliyinin 102 xidmətinə Xətai rayonu ərazisindəki bir restorandan şikayət edib. Şikayətdən sonra onu Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinə dəvət ediblər. Noyabrın 25-də polisin çağırışına gəlmədiyi, zorla gətirildiyi haqda protokol tərtib edilərək ona inzibati həbs cəzası kəsilib.


Şərhlər