Menu

Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir - Müdafiə naziri

12.10.2024, 12:07
Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir - Müdafiə naziri

Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir.

"Report" xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov oktyabrın 12-də keçirilən xidməti müşavirə zamanı deyib.

O bildirib ki, hərbi hissələrdə qoşun xidmətinin effektiv təşkili, digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, kəskin relyef və sərt iqlim şəraitində yerləşən mövqelərin mühəndis-istehkam cəhətdən yaxşılaşdırılması, təminat yollarının daim işlək vəziyyətdə saxlanılması önəmlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol