Menu

Rusiyada hərbi nəqliyyat təyyərəsi vurulub - Yüksək rütbəli heyəti daşımaq üçün istifadə olunurmuş

14.10.2024, 10:46
Rusiyada hərbi nəqliyyat təyyərəsi vurulub - Yüksək rütbəli heyəti daşımaq üçün istifadə olunurmuş

Rusiya Federasiyasının “Orenburq-2” hərbi aerodromunda Tu-134 hərbi-nəqliyyat təyyarəsi məhv edilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumatda 117-ci hərbi-nəqliyyat aviasiya alayına məxsus “Tu-134” təyyarəsinin oktyabrın 12-dən 13-nə keçən gecə məhv edildiyi bildirilib.

Rusiyada Kəşfiyyat mənbələri qeyd edir ki, belə sovet təyyarələri, Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli heyətini daşımaq üçün istifadə olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol