Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
“Report” xəbər verir ki, bu, “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə bağlı qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Bundan başqa, qanun layihəsinə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.


Şərhlər
Sosialist iqtisadi münasibətlərrinin yeni fazasını düşünə bilməyən Baş *separatçı*lar dövləti avropaya, *qərb*ə təslim üçün sanki, vətəndaş müharibəsinə ilğım müsahibəsi də vermişdilər? Tezliklə *ölmüş* Sovet İqtisadi mülkiyyəti üzərində bircə şüar *Satılır!* qalmışdı? İcarə nədir və kimə? On milyonluq Azərbaycan xalqına və dövlətinə nə zəruridir ərazisi də yüksək məhsuldarlıq və keyfiyyətlə onu yaratmalıdır!