Ordu sıralarından yüzlərlə, bəlkə də minlərlə rus əsgəri Ukrayna xüsusi xidmət orqanları və partizan dəstələri ilə əməkdaşlıq edir.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna tərəfi ilə əməkdaşlıq edən rus əsgələrindən biri Böyük Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində bildirib.
Qeyd olunur ki, həmin əsgərlər təxribat fəaliyyətlərində iştirak edir, düşmənin texnikasını sıradan çıxarır və Ukrayna Silahlı Qüvvələri üçün mühüm kəşfiyyat məlumatları toplayırlar.
Ukraynanın “Atəş” partizan hərkatının adı açıqlanmayan üzvünü sözlərinə görə, son dövrlər Ukrayna ordusu ilə əməkdaşlıq etməyə can atan rus əsgərlərinin sayında əhəmiyyətli artım müşahidə edilir.
“AzPolitika.info”


Şərhlər