Son günlər Ukraynada hərbidən yayınan şəxslərə qarşı keçirilən rəydlərin sayı artıb. Ölkədə son aylarda qüvvəyə minən yeni səfərbərlik qanunundan sonra zabitlər hərbi qeydiyyatdan keçmək istəməyən mülki vətəndaşları müəyyən etmək və onları orduya cəlb etmək üçün şəhərin hər yerində təsadüfi reydlər təşkil edilir.
“AzPolitika” xəbər verir ki, bu konteksdə həbçilər və polis tərəfindən Kiyevdəki gecə klubları və restoranlarda keçirilən reydlər cəmiyyətdə narazılıq doğurub.
Xüsusilə Kiyevdəki rok konsertindən paylaşılan bir video sosial mediada birmənalı qarşılanmayıb. Kadrlarda konserti izləyənlərdən bəzilərinin polis tərəfindən zorla saxlanılaraq avtomobillərə mindirildikləri görünür. Həmin anlar ətrafdakı insanlar tərəfindən də narazılıqla qarşılanıb.
Qeyd edək ki, Ukraynadakı hərbi vəziyyətə görə, 25-60 yaş arası kişilər hərbi xidmətə çağırıla bilər, 18-60 yaş arası kişilər isə ölkədən çıxa bilməzlər.
“AzPolitika.info”


Şərhlər