Menu

“Şimali Koreya Rusiyaya hərbçilər göndərir” - Zelenski

14.10.2024, 15:39
“Şimali Koreya Rusiyaya hərbçilər göndərir” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski dünən xalqa müraciətində Şimali Koreyanın Ukraynadakı Rusiya qüvvələrini dəstəkləmək üçün hərbçilər göndərdiyini iddia edib.

“AzPolitika” xəbər verir ki, Zelenski Şimali Koreyanın bu addımına görə Ukraynanın tərəfdaşları ilə müdafiə əlaqələrinin dəyişməli olduğunu bildirib.

“Biz görürük ki, Rusiya və Şimali Koreya kimi ölkələrin ittifaqı artmaqdadır. Bu, artıq təkcə silah transferi ilə bağlı deyil. Bu, həm də Şimali Koreyadan işğalçı hərbi qüvvələrə əsgər göndərilməsi ilə bağlıdır. Aydındır ki, belə bir vəziyyətdə tərəfdaşlarımızla münasibətlərimiz daha da inkişaf etməlidir. Cəbhənin daha çox dəstəyə ehtiyacı var. Biz Ukraynaya təkcə daha həlledici hərbi təchizat verilməsini nəzərdə tutmururq. Söhbət həm də Rusiyaya təzyiqin artırılmasından gedir. Bu, daha böyük müharibənin qarşısını almaq deməkdir. Daimi sülhə ancaq güclə nail olmaq olar və növbəti həftə biz tərəfdaşlarımızla birlikdə bu güc və əsl sülh üçün apardığımız çalışmalarımızı davam etdirəcəyik”,-deyə o, qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol