Tehran rəhbərliyi ABŞ-yə İsrailin İrana hücumunu məhdudlaşdıracağı təqdirdə bu məsələni bağlayacağı mesajını verib.
“AzPolitika” xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumatda Tehran rəhbərliyinin sözügedən mesajı ABŞ-yə üçüncü bir ölkə vasitəsilə göndərdiyi bildirilib.
Adı açıqlanmayan mənbələrə əsaslanan xəbərdə İsrailin İrana mümkün hücumunun məhdud səviyyədə olacağı təqdirdə Tehran administrasiyasının lazımi addımı atacağı vurğulanıb.
Xatırladaq ki, İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Adınca Təl-Əviv rəhbərliyi İranın bu hücuma cavab verəcəyini, nüvə və enerji sektorlarının hədəf alınacağını bildirib.
“AzPolitika.info”


Şərhlər