Almaniyanın müxalif Xristian Demokratik İttifaqı Partiyasının(XDİ) lideri və kansler postuna gələcək namizəd Fridrix Merz “Taurus” uzaqmənzilli qanadlı raketlərinin Ukraynaya ötürülməsinə dəstək verib.
“AzPolitika” xəbər verir ki, bu barədə Almaniya mediası məlumat yayıb.
Ancaq gələcək kanslerin fikrincə, bu raketlərin Ukraynaya ötürülməsi mərhələlərlə həyata keçirilməlidir.
XDİ liderinin sözlərinə görə, Kiyevin xeyli vaxtdır xahiş etdiyi “Taurus” raketlərinin Ukraynaya verilməsi müəyyən şərtlər daxilində baş verə bilər.
Belə ki, Merz ARD kanalında çıxışı zamanı qeyd edib ki, əvvəlcə Vladimir Putinə qarşı Ukraynada mülki hədəflərə hücumların dayandırılması tələbini irəli sürmək lazımdır: "Rusiya buna əməl etməsə, verilən silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müdafiə edəcəyik".
Onun sözlərinə görə, ikinci addım “Taurus” qanadlı raketlərinin birbaşa Ukraynaya ötürülməsi olacaq.
“AzPolitika.info”


Şərhlər