Rusiya ordusunun Ukraynanın Odessa limanına təşkil etdiyi hücumda iki mülki gəmi zədələnib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin Yenidənqurma üzrə müavini, İcmaların və Regionların İnkişafı Naziri Oleksey Kuleba “Telegram” hesabından paylaşım edib.
O, paylaşımında Rusiya ordusunun Ukraynanın Odessa limanına raket hücumu həyata keçirdiyini bildirib. Kuleba hücum nəticəsində 1 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib.
Hücum zamanı “OPTIMA” və “NS Moon” adlı gəmilərin zərər gördüyünü, limandakı taxıl anbarları və yük kranları kimi bəzi infrastrukturların zədələndiyini qeyd edib.
“AzPolitika.info”


Şərhlər