Ermənistanda hakim partiya deputatlarının təzyiqi altında istefa verən ədliyyə nazirinin postu boş qalıb
“AzPolitika” xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası nazir vəzifəsinə namizədlər irəli sürməyib. Partiyanın sədr müavini Vaaqn Aleksanyan bildirib ki, namizədlər administrasiyaya təqdim edilib, onlar müzakirə edilməli, səsə qoyulmalı və biri Baş nazirə təqdim edilməlidir.
Aleksanyan hökumətə kimlərin adlarının təqdim edildiyini açıqlamayıb.
Yerli mətbuat yazır ki, ədliyyə naziri postuna baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan, mer müavini Suren Qriqoryanın, KP-dən deputat Armen Xaçatryanın və vəkil Aleksandr Sirunyanın namizədliyi irəli sürülüb. Məsələ kollegiyanın sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Bundan əvvəl “Vətəndaş Müqavilə” keçmiş nazirin rəqibi Arpi Davoyanın həmin vəzifəyə namizədliyini rədd etmişdi.
Bir həftədən çoxdur ki, ədliyyə naziri vəzifəsi boşdur. Qriqor Minasyanın işdən çıxarılmasında əsas aktyor Arpi Davoyan olub. Onun özü deputatlar arasında nazirin vəzifəsindən azad edilməsi məsələsinin müzakirəsi üçün imzatoplama təşəbbüsü ilə çıxış edib. Onun təşəbbüsünə deputatlar Andranik Köçəryan və Lusine Badalyan da qoşulub. Minasyan isə özü istefa vermək qərarına gəlib.
“AzPolitika.info”


Şərhlər