Menu

Gürcüstanda keçiriləcək parlament seçkilərində 13 azərbaycanlı mübarizə aparacaq

15.10.2024, 13:01
Gürcüstanda keçiriləcək parlament seçkilərində 13 azərbaycanlı mübarizə aparacaq

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində deputat mandatı uğrunda 13 azərbaycanlı mübarizə aparacaq.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Onlardan iki nəfəri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan”, bir nəfəri “Dəyişikliklər naminə koalisiya”, iki nəfər “Birlik - Milli Hərəkat”, bir nəfər “Güclü Gürcüstan”, dörd nəfər “Gürcüstan Birlik və İnkişaf” və üç nəfəri “Birləşmiş Gürcüstanımız” partiyalarında təmsil olunurlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol