Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanla Ermənistan arasında danışıqlara ölkəsinin ev sahibliyi təklifini israrla gündəmə gətirir.

O bu dəfə erməni həmkarı Vaaqn Xaçaturyanla görüşdə təklifini təkrarlayıb: “Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar üçün Almatı platformasını təmin etməyə hazırdır”.

Bakı və İrəvan danışıqların yeni raundunu Qazaxıstan paytaxtında keçirə bilərmi?

Politoloq Elxan Şahinoğlu xatırladır ki, Tokayev sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində eyni təklifi səsləndirib. Onun sözlərinə görə, İlham Əliyev Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib: “Yəni əgər Ermənistanın Baş naziri Nikol Paşinyan Tokayevin təklifini qəbul etsə, yaxın müddətdə görüşlər Astana və ya Almatada başlaya bilər. Bu hamı üçün faydalı olar. Cənubi Qafqaz və Türküstan uğrunda mübarizə aparan dövlətlərin hər birinin Qazaxıstanla yaxşı münasibətləri var”.

E.Şahinoğlu bir məqmı da vurğulayır ki, Tokayev ölkəsini bir dəfəlik görüş yeri kimi deyil, platforma kimi təklif edib. “Yəni Tokayev Azərbaycan və Ermənistan rəsmiləri və dipolmatları arasında Qazaxıstan ərazisindəki görüşlərin sülh sazişi imzalana qədər davam edirilməsinin tərəfdarıdır”, - ekspert əlavə edib.

“AzPolitika.info”