İsrail Xader Əl-Abed Bəhcan adlı yüksək səviyyəli Hizbullah rəsmisini öldürüb.
“AzPolitika” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
Məlumatda adıçəkilən şəxsin Hizbullahın hava bölməsində həm kəşfiyyat məlumatı toplamaq, həm də hücum məqsədi ilə İsrailə pilotsuz təyyarələr buraxmaqdan məsul olduğu bildirilib.
İDF Bəhcanın İsrailin Qolani hərbi bazasına hücumla əlaqəsi olub-olmadığını açıqlamayıb.
“AzPolitika.info”


Şərhlər