“Ermənistan və Azərbaycan sülhün bərqərar olması üzrə razılığa gəlmək ərəfəsindədir”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

“Bir neçə ay əvvəl sülh prosesinin başladığı dövrdə Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə razılaşmamızı istəyirdi. Mən sizə xəbər verməkdən məmnunam ki, bu gün biz Azərbaycanla 16 bənd üzrə tam razılığa gəldik”, - deyə Simonyan bildirib.
“Sülhün bərqərar olmasının vaxtı çatıb, indi sülh zamanıdır. Biz Azərbaycanı siyasi iradə nümayiş etdirməyə, fürsətdən istifadə etməyə və mümkün olanı reallığa çevirmək üçün bizə qoşulmağa dəvət edirik. Ermənistan bu gün sülh sazişi imzalamağa hazırdır”, - deyə erməni spiker əlavə edib.
“AzPolitika.info”

Şərhlər
Ən azı seçici vətəndaşları qarşısında məsuliyyətlə ötən dörd ildə digər tərəfsiz İki tərəf üz-üzə ciddi Lider-Diplomat kimi Sülhə -*Hə, isə necə?*, ya birdəfəlik-*Yox!* həllini qərarlaşa bilərdilər? Hazırda da Ermənistan operativcə 9 Noyabr 2024 tarixinə Konstitusiyaya dəyişiklik referendumu keçirə bilər!
tərcümə də belə alınmır axı