Rusiya Federasiyasının ordusunun 11-ci ayrı-ayrı hücum briqadası əsasında ruslar şimali koreyalılardan ibarət "Buryat xüsusi təyinatlı batalyonu" adlandırılan bir dəstə yaratmağa başlayıblar.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, bu batalyonda şəxsi heyətin təxmini sayı 3000 nəfərə yaxındır.
Qeyd olunb ki, bu batalyonun potensial olaraq hazırda hərbi əməliyyatların aparıldığı Sudja və Kursk yaşayış məntəqələri ərazisində döyüş tapşırıqlarına cəlb oluna bilərlər.
“AzPolitika.info”


Şərhlər
yəcuc-məcuca oxşayırlar.