“Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə təklif edib ki, xarici işlər nazirləri ikigünlük görüş keçirib, sülh müqaviləsinin mübahisəli bəndlərini razılaşdırsınlar. Sonra isə ölkə liderləri Bakıda COP-29-dan əvvəl sülh sazişi imzalasınlar”.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sarqis Xandanyan deyib.
“Mən bildiyimə görə, oktyabrın 7-8-də Moskvada keçirilən qeyri-rəsmi təmaslar zamanı Baş nazir Paşinyan Prezident Əliyevə ikitərəfli görüş təklif edib”, - o bildirib.
“Düzünü desəm, Azərbaycanın reaksiyasından xəbərim yoxdur, amma ümid edirəm ki, bu məntiq həyata keçəcək”, - deyə Xandanyan yekunlaşdırıb.
“AzPolitika.info”

Şərhlər