Menu

Gələn il neftə tələb daha da azalacaq

11.12.2014, 09:57
Gələn il neftə tələb daha da azalacaq

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) özünün hasil etdiyi neftə olan tələbin, ABŞ-da şist nefti təklifində davam edən artım və qlobal istehlakdakı zəif böyümə səbəbi ilə geriləyəcəyini açıqlayaraq, neft bazarındakı təklif artıqlığının gələn il də davam edəcəyinə işarə edib.

OPEC tərəfindən yayımlanan aylıq hesabatda, gələn il üzv ölkələrin çıxardığı neftə olan tələbin 280,000 barel azalaraq gündə 28,92 milyon barelə düşəcəyi proqnozu verilib. Bu tələb proqnozu, son 12 ilin ən aşağı tələb səviyyəsidir.

Eyni zamanda, bu səviyyə OPEC-in ötən aykı istehsalından 1,15 milyon barel daha azdır və 27 Noyabrda Viyanada keçirilmiş yığıncaqda təyin olunan 30 milyon barel olan gündəlik kvotadan da aşağıdır.

OPEC dünya neft istehlakı artımı proqnozunu da 70,000 barel azaldaraq gündə 1.12 milyon barelə salıb.

OPEC-in keçən aykı yığıncağında istehsalı azaltmamaq qərarı çıxardılmış, təşkilatın ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı, digər üzvlərdən OPEC-in bazar payı itirməsinə səbəb olan ABŞ-dakı şist nefti istehsalçıları ilə mübarizə aparmalarını istəmişdi. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol