Menu

"Aİ-nin Ermənistandakı missiyası başa çata bilər" – “Hraparak”

16.10.2024, 12:22
"Aİ-nin Ermənistandakı missiyası başa çata bilər" – “Hraparak”

Ermənistan Azərbaycanın daha bir tələbini yerinə yetirmək – Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının mandatını uzatmamaq niyyətindədir.

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Məlumata görə, avropalı müşahidəçilər Ermənistana 2023-cü ildə 2 il müddətinə gəliblər. Bildirilir ki, onların mandatı 2025-ci ilin fevralında başa çatır və Ermənistan hakimiyyəti müddətin uzadılması üçün müraciət etməsə, missiya başa çata bilər.

Qeyd olunub ki, siyasi dairələrdə hesab edirlər ki, bəlkə də Nikol Paşinyanın rus sərhədçilərini Ermənistan-İran sərhədindən əvvəlcədən çıxarmasının səbəbi budur ki, müşahidəçilərin mandatı uzadılmasa, onu rusiyapərəstlikdə ittiham etməsinlər.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən və müşahidə missiyasından heç bir açıqlama verilməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol