İran parlamentinin üzvü Kamran Qəzənfəri Prezident Məsud Pezeşkianı 15 ilədək həbslə hədələyib.
"AzPolitika" xəbər verir ki, K.Qəzənfəri Pezeşkianın parlamentin təsdiq etdiyi qanunu pozduğunu iddia edib.
Millət vəkili bildirib ki, Pezeşkianın övladı ABŞ vətəndaşı olan Məhəmməd Cavad Zərifini hökumətdə vəzifəyə gətirməsi qanunla yolverilməzdir.
O, yaxın vaxtlarda parlamentdə Pezeşkiana xəbərdarlıq ediləcəyini bildirib.
"Pezeşkian geri addım atmayacağı təqdirdə məhkəməyə müraciət olunacaq. O, prezident səlahiyyətlərindən məhrum ediləcək və 15 ilədək həbs cəzası alacaq", - deyə millət vəkili qeyd edib.
"AzPolitika.info"


Şərhlər