Almaniya kansleri Olaf Şolts Ukraynada ədalətli sülhə dair Vladimir Putinlə danışıqlara hazır olduğunu açıqlayıb.
“Rheinische Post”-un məlumatına görə, o, bu barədə Bundestaqda Aİ liderlərinin qarşıdan gələn sammiti münasibəti ilə çıxış edərkən deyib.
Şolts bildirib ki, qərarlar heç vaxt “Ukraynanın başı üzərindən və ən yaxın tərəfdaşlarımızla koordinasiya olmadan” qəbul edilməyəcək. Eyni zamanda kansler əlavə edib ki, hər gün saysız-hesabsız rus əsgərləri Rusiya Prezidentinin imperialist çılğınlığının qurbanına çevrilirlər: “Onlar da onun ölkəsini genişləndirməyə yönəlmiş siyasətinin qurbanıdırlar...”
“AzPolitika.info”


Şərhlər