Menu

Nizami rayonunda 2 evdə yanğın olub

16.10.2024, 19:04
Nizami rayonunda 2 evdə yanğın olub

Bakı şəhərinin Nizami rayonunda 2 evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 9 paq.m mebel, 3 ədəd məişət avadanlığı və evə bitişik, ümumi sahəsi 54 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 45 m² sahədə yanıb.

Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol