Menu

"Xankəndi Azərbaycanın ərazisidir..." - Zaxarova erməni jurnalistin cavabını verdi

16.10.2024, 20:22
"Xankəndi Azərbaycanın ərazisidir..." - Zaxarova erməni jurnalistin cavabını verdi

Xankəndi Azərbaycan ərazisidir və orada bu ölkənin qanunları işləyir.

"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə erməni jurnalistin sualını cavablandırarkən bildirib.

“Başa düşdüyüm qədər, söhbət Azərbaycan ərazisindən gedir. Orada bu ölkənin qanunları işləyir”, - o deyib.

Zaxarova brifinqdə erməni jurnalistin guya Azərbaycanın erməni əhalisinin öz evlərinə qayıtmaması üçün Xankəndidə evləri sökməsi ilə təxribat xarakterli sualını cavablandırarkən xatırladıb ki, Azərbaycan erməni əhalisinə Qarabağa qayıtmaq imkanı yaradıb: “Anladığım qədər, söhbət Azərbaycan ərazisindən gedir. Orada bu ölkənin qanunları işləyir. Biz dəfələrlə öz evlərini tərk edən əhalinin ora qayıtması üçün konstruktiv addımları qeyd etmişik. Biz azərbaycanlı həmkarlarımızla ikitərəfli təmaslar zamanı bu məsələni müzakirə etmişik. Bir daha qeyd etmək istəyirəm ki, geri qayıtmaq imkanı yaradılıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol