Menu

BP Azərbaycandakı nümayəndəliyində ixtisarlar aparacaq

11.12.2014, 10:42
BP Azərbaycandakı nümayəndəliyində ixtisarlar aparacaq

Gələn il şirkət məcburi ixtisarlara 1 mlrd. dollar sərf edəcək

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Böyük Britaniyanın “British Pertoleum” (BP) neft-qaz şirkəti dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən gələn il yüzlərlə iş yerinin məcburi ixtisarına 1 mlrd. dollar sərf edəcək.

“APA-Economics”in “Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, bunu BP-nin prezidenti, baş icraçı direktoru Robert Dadli bildirib.

Onun sözlərinə görə, bu ixtisarlar şirkətin ABŞ, Böyük Britaniya, Almaniya və Azərbaycan nümayəndəliklərinə də təsir edəcək.

Bununla belə, BP-nin rəhbəri bildirib ki, böyük ehtimalla ixtisarlar platformada işləyən işçilərə aid olmayacaq.

“BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib ki, bu məsələyə qısa zamanda münasibət bildiriləcək: “Hazırda iclasdayam. Çıxan kimi, sizinlə əlaqə saxlayacam”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol