Menu

Somalinin Azərbaycandakı qeyri-rezident səfiri XİN-in protokol rəhbəri ilə görüşüb

16.10.2024, 23:20
Somalinin Azərbaycandakı qeyri-rezident səfiri XİN-in protokol rəhbəri ilə görüşüb

Somalinin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Ali Mohamed Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi Anar Nəcəfliyə etimadnaməsinin surətini təqdim edib.

“Report” xəbər verir ki, bu barədə Somalinin Türkiyədəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“Səfir Fathudin Ali Mohamed bu gün Ankarada iqamət edən qeyri-rezident səfir olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin protokol rəhbəri cənab Anar Nəcəfliyə etimadnaməsinin surətini təqdim edib”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, afrikalı diplomat may ayında etimadnaməsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol