Menu

Həmsədrlər Berlinə toplaşırlar

11.12.2014, 10:48
Həmsədrlər Berlinə toplaşırlar

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsini Almaniya rəsmiləri ilə müzakirə edəcəklər.

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.

“Bu gün Berlinə yola düşürük. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini almaniyalı rəsmilərlə müzakirə etmək üçün görüşəcək”, - deyə Uorlik qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol