Menu

Dünya bazarlarında qızılın qiyməti 2 700 dolları ötüb

18.10.2024, 10:00
Dünya bazarlarında qızılın qiyməti 2 700 dolları ötüb

Dünya bazarlarında qızılın qiyməti tarixi maksimumu yeniləyib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,73% artaraq 2 727,2 ABŞ dollarına bərabər olub.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,54% aztaraq 32,32 ABŞ dollarına bərabər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol