Menu

“Zəhmət olmasa, qoşununuzu mənim ərazimdən çıxarın”

11.12.2014, 11:21
“Zəhmət olmasa, qoşununuzu mənim ərazimdən çıxarın”

Avstraliyaya səfər edən Ukrayna prezidenti Pyotr Poroşenko dekabrın 11-də bu ölkənin baş naziri ilə birgə keçirdiyi brifinqdə Rusiyaya səslənib.

“Media forum” saytının məlumatına görə, prezident deyib: “Zəhmət olmasa, qoşununuzu mənim ərazimdən çıxarın. Zəhmət olmasa, sərhədi bağlayın. Siz sərhədi bağlasanız, inanın, uzağı üç həftəyə Ukraynada sülh və sabitlik bərqərar olacaq. Hər şey bu qədər sadədir”.

2014-cü il fevralın 22-də Ukraynada hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib, şərq vilayətlərində isə separatçı Donetsk və Luqansk rejimləri yaradıb. Bu iki vilayətin bir hissəsi işğal altındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol