ABŞ Rusiya firmaları ilə birgə mürəkkəb silah sistemləri istehsal edən Çin müəssisələrinə ilkin sanksiyalar tətbiq etdiyini açıqlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuata açıqlama verib.
ABŞ Rusiyanın uzaqmənzilli hücum pilotsuz uçuş aparatının (PUA) hazırlanması və istehsalına görə bir fiziki və üç hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. "Harpy" seriyalı PUA-dan Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə edilib.
Miller xüsusilə qeyd edir ki, Çində Rusiya şirkətləri ilə birgə hazırlanmış və istehsal edilən “Harpy” PUA Ukraynada mühüm infrastruktur obyektlərini məhv edib. Dövlət Departamentinin sözçüsünün açıqlamasında zərbələrin böyük itkilərə səbəb olduğu vurğulanır.
Sanksiyaya məruz qalan çinli şəxslər və qurumlar ABŞ-nin sanksiyalarına məruz qalan Rusiya müdafiə şirkəti ilə əməkdaşlıq ediblər.
ABŞ daha əvvəl Rusiyanın hərbi sənaye kompleksi ilə əməkdaşlıq edən Çin müəssisələrinə qarşı sanksiyalar tətbiq edib. Bununla belə, yeni sanksiyalar ABŞ-nin Rusiya firmaları ilə birgə birbaşa mürəkkəb silah sistemləri hazırlayan və istehsal edən Çin müəssisələrinə qarşı tətbiq etdiyi ilk sanksiyalardır.
ABŞ Dövlət Departamentinin sözçüsünə görə, Vaşinqton “Rusiya hərbi-sənaye kompleksinə dəstək verənləri” təqib etməyə davam edəcək.
“AzPolitika.info”


Şərhlər