Menu

Vəzifəli şəxs qəzada həlak oldu - FOTO

18.10.2024, 11:46
Vəzifəli şəxs qəzada həlak oldu - FOTO

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalovun idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəzada həlak olan Ədalət Zeynalov "Azərişıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol