Ukrayina Prezidenti Volodimir Zelenskinin N-370 Fərmanına əsasən, Ukraynanın azadlığı və suverenliyi uğrunda qəhrəmancasına həlak olan iki soydaşımız - kiçik çavuş Əsgərov Faiq Tahir oğlu və əsgər Aslanov Ramiz Dursun oğlu ölümündən sonra lll dərəcəli “İgidliyə görə” ordeni ilə təltif ediliblər.
Orden soydaşlarımızın yaxınlarına təqdim olunub.
Qeyd edək ki, həmçinin Əsgərov Faiq Tahir oğlunun adına küçə verilib və adının əbədiləşdirilməsi üçün bilbord quraşdırılıb.
Xatırladaq ki, Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı işğalı dövründə Ukraynanın azadlığı və suverenliyi uğrunda 60-a yaxın soydaşımız həlak olub.
"AzPolitika.info"





Şərhlər