Rusiya tərəfindən işğal olunan Luqanskın mərkəzində rus əsgərlərinin olduğu avtomobil partlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Astra” “Telegram” kanalı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəticəsində “UAZ” və minik avtomobili zədələnib. Hərbçilərin məhz “UAZ”-da olduğu və bu avtomobilin sürücüsünün öldüyü qeyd edilir.
Şahidlər partlayışın qumbaranın partlaması nəticəsində baş verdiyini ehtimal edirlər. Lakin hadisənin dəqiq səbəbi hələlik məlum deyil.
“AzPolitika.info”


Şərhlər