Menu

Nazir Salyana rəis təyin etdi

18.10.2024, 20:26
Nazir Salyana rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.

"Qaynarinfo"-nun verdiyi məlumata görə, nazirliyin daxili xidmət mayoru Quliyev Zaur Böyükağa oğlu sözügedən idarənin rəisi təyin olunub.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, bir ay əvvəl polkovnik-leytenant Əli Abdullayev Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol