Menu

Koreya yarımadasında gərginlik pik həddə - Pxenyandan müharibə hədəsi

19.10.2024, 11:10
Koreya yarımadasında gərginlik pik həddə  - Pxenyandan müharibə hədəsi

Şimali Koreya ordusu içində təbliğat vərəqələri olan pilotsuz təyyarənin tapıldığını açıqlayıb və hadisənin təkrarlanacağı təqdirdə Cənubi Koreyanı müharibə ilə hədələyib.

"AzPolitika" xəbər verir ki, bu barədə KCNA agentliyi məlumat yayıb.

Pilotsuz təyyarə Pxenyan yaxınlığında tapılıb və Şimali Koreya mütəxəssisləri indi onu “uzaqdan kəşfiyyat aparatı” kimi müəyyən ediblər. Eyni şeylər bu yaxınlarda Cənubi Koreyada keçirilən hərbi paradda nümayiş etdirilib.

KXDR Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Koreyanın onun ərazisinin hava və ya su məkanını növbəti dəfə pozduğu təsdiqlənərsə, “bu, müharibə elanı kimi qiymətləndiriləcək və dərhal cavab zərbələri endiriləcək”.

Cənubi Koreyanın hərbi rəsmiləri şimal qonşunun bəyanatını “birtərəfli” və “cavab verməyə layiq deyil” adlandırıblar. Əvvəlki oxşar ittihamları Cənubi Koreya ordusu yalanlamışdı.

Son zamanlar Koreya yarımadasında gərginlik xeyli artıb. Bir neçə gün əvvəl Şimali Koreya onu Cənubi Koreya ilə birləşdirən körpüləri və dəmir yollarını partladıb. Pxenyan həmçinin yayda cənuba zibil və nəcislə dolu minlərlə şar göndərib.

Buna cavab olaraq Seul sərhəddə səsucaldanların işini bərpa edib, Çənuba keçməyə çağırışlar və KXDR-də qadağan olunmuş məşhur K-pop mahnıları yayımlayıb. Pxenyan yayım mənbələrini məhv etməklə hədələyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol