Oktyabrın 18-də NATO-nun bir neçə üzvü Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi “qələbə planını” dəstəkləyib. “Bloomberg” agentliyinin məlumatına görə, bəzi müttəfiqlər razılaşır ki, Ukraynanın Alyansa erkən qoşulması Putin rejiminə təzyiq üçün potensial rıçaq ola bilər.
Eyni zamanda “Bloomberg” mənbələri NATO üzvləri arasında bu məsələdə fikir ayrılıqlarını qeyd edir.
ABŞ Prezidenti Co Bayden oktyabrın 18-də Berlinə səfəri zamanı müttəfiqləri təslim olmamağa çağırıb.
"Biz ədalətli və davamlı sülh əldə edənə qədər Ukraynanı dəstəkləməyə davam etməliyik", - Bayde vurğulayıb.
Almaniya kansleri Olaf Şolz Ukraynanın tezliklə NATO-ya daxil olmasına etiraz edir. Əvvəlki kimi o, Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq üçün Ukraynaya raketlərin verilməsinə də qarşıdır.
"Biz bacardığımız qədər Ukraynanı dəstəkləyirik. Və əmin edirik ki, NATO müharibə tərəfinə çevrilməyəcək", - Şolz deyib.
Onun fikrincə, belə bir inkişaf daha da böyük fəlakətə səbəb ola bilər. Almaniya kansleri Berlində ABŞ Prezidenti bunları Baydenlə birgə mətbuat konfransında danışıb.
Fransa Xarici İşlər Nazirliyi həmin gün bildirib ki, müttəfiqlərini yaxın gələcəkdə Ukraynanı NATO-ya dəvət etməyə razı salırlar. “Dəvət ilk addımdır, siyasi siqnaldır və biz bunu indi edə bilərik, hətta üzvlüyün uzun və çətin proses olduğunu nəzərə alaraq, tərəfdaşlarımızı inandırmaq üçün səylərimizi səfərbər edəcəyik”, - deyə Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Addad bildirib.
Müttəfiqlər Ukraynaya uzaqmənzilli silahların verilməsi məsələsində də birlik əldə etməyiblər.
Makron və Böyük Britaniyanın Baş naziri Key Starmerlə görüşlərinin məqsədinin bir sıra məsələləri bağlı qapılar arxasında müzakirə etmək, o cümlədən Rusiyanın təcavüzü və Ukraynaya dəstəyin davam etdirilməsi, Yaxın Şərqdə sürətlə dəyişən vəziyyətə reaksiya olduğunu bildirib.
“AzPolitika.info”


Şərhlər